İlham Əliyev: "İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir"

İlham Əliyev:

"İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir".

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirib.

Dövlət başçısı yekun nitqində ordu quruculuğuna daha böyük diqqətin göstərilməsinin vacibliyini bildirib, buna nail olmaq üçün iqtisadiyyatın sürətlə inkişaf etməsinin əhəmiyyətinə toxunub.

İlham Əliyev bildirib ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR