Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Allahşükür Paşazadə çıxış edərək “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə İlham Əliyevə və qonaqlara minnətdarlığını bildirib.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
Dövlət başçısı mərasimdə çıxış edib. Sonra iftar süfrəsi açılıb.//Azərtac