Prezident İlham Əliyev mayın 4-də paytaxtın Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.
Aktual.az-ın məlumatına görə, bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında mərhum prezident Heydər Əliyevin iştirakı ilə açılıb. Heydər Əliyev burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.