Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.
Aktual.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm”.