Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.
Aktual.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Təbrik məktubunda qeyd edilir: "Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm".