Prezident İlham Əliyev Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.
Aktual.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşləri xatırladaraq, Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdiyini deyib.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib və Gürcüstanın Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.