İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü — FOTO

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü   — FOTO

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, geniş tərkibdə keçən görüşdə İlham Əliyev çıxış edərək, bu görüşdən şad olduğunu bildirib.

“Bir müddət əvvəl Bakıda, indi isə Gürcüstanda görüşürük və çox şadam. Bu, iki ölkənin münasibətlərinin daha da dərinləşəcəyi və bizim başladığımız layihələri birgə həyata keçirəcəyimizi təsdiqləyən yaxşı əlamətdir”, - deyə, Azərbaycan Prezidenti bəyan edib.

Görüşdə əsas müzakirə mövzusu ölkələrin investisiya münasibətləri olub.

Qeyd olunub ki, 2012-2015-ci illərdə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 3,7 dəfə artıb.

Görüş zamanı həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars layihələri, “SOCAR Energy Georgia”nın fəaliyyəti müzakirə olunub.

Aktual.az

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR