Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.
Aktual.az xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir:
“Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.