Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı çərçivəsində baş tutub.
Məlumata görə, 15 dəqiqə davam edən görüş zamanı Azərbaycan prezidenti toplantıya qatılan iştirakçıların çox olmasının Türkiyənin dünyadakı yerini və təsirini göstərdiyini bildirib. Görüşdə Baş nazir Davudoğlu prezidentə son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşmalarda şəhid olanlar üçün başsağlığı verib. Həmçinin Baş nazir Türkiyənin hər zaman, hər şərtlə Azərbaycanın yanında olduğunu vurğulayıb.
İlham Əliyev Türkiyənin bu dəstəyinə görə Davudoğluna təşəkkürünü bildirib.