İlham Əliyev Dubayın hakimi ilə görüşdü – FOTO

İlham Əliyev Dubayın hakimi ilə görüşdü   – FOTO

Bir sıra sənədlər imzalandı.

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi şeyxMəhəmməd bin Rəşid əl-Məktumla görüşüb.

Aktual.az Oxu.Az-a  istinadən xəbər verir ki, görüşdə qarşılıqlı maraq kəsb edən, xüsusilə də Asiya və Yaxın Şərq ölkələrində sülh və sabitliklə bağlı olan bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib.

Dubayın vəliəhdi şeyx Həmdan bin Məhəmməd bin Rəşd əl-Məktumun və Dubay hakiminin müavini şeyx Məktum bin Məhəmməd bin Rəşid əl-Məktumun iştirak etdiyi görüşdə iki ölkə arasında ticarət və turizm, mədəni mübadilə, investisiya tərəfdaşlığı sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında aviareyslərin artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin BƏƏ və Azərbaycan arasında dəniz nəqliyyatı sahəsində institusional əməkdaşlıq haqqında saziş, həmçinin iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində anlaşma memorandumu imzalanıb.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR