İlham Əliyev dörd vitse-prezidenti vəzifəsindən azad etdi (SƏRƏNCAM)

İlham Əliyev dörd vitse-prezidenti vəzifəsindən azad etdi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentini vəzifəsindən azad edib.

Aktual.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov şirkətin vitse-prezidenti,  Bəhram Bəhlul oğlu Hüseynovu geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti, Tofiq Ridvan oğlu Qəhrəmanov isə strateji inkişaf üzrə vitse-prezidenti,  David Niyazi oğlu Məmmədov isə emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Xəbər 901 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR