İlham Əliyev Belçikanın baş nazirinə başsağlığı verib

İlham Əliyev Belçikanın baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə teraktla bağlı başsağlığı verib.

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR