Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Bu barədə Aktual.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Bu gün dövlət başçısı Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə də tanış olub.