İlham Əliyev “Azəravtoyol”un yeni binasının açılışında – FOTO

İlham Əliyev “Azəravtoyol”un yeni binasının açılışında   – FOTO

Prezidentə yaradılan şərait barədə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib.

Oxu.Az xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına inzibati binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.

İnzibati binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, dahi rəhbərin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin dövlət başçısının Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar da var.

“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.

Prezident İlham Əliyevin 2016-cı il 9 mart tarixli Fərmanı ilə “Azəryolservis” ASC-nin adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb. Həmin Fərmana əsasən, “Azəravtoyol” ASC ölkədə avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir. 

ASC-nin inzibati ofisi, investisiyaların idarə olunması üzrə işçi layihə qrupları və “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC bu inzibati binaya köçürülüb. Burada işçilər üçün ümumilikdə 210 kabinet yaradılıb. Bina ən müasir havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. 

Orijinal interyeri ilə seçilən binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb. Burada yeni rəqəmsal rabitə sistemi şəbəkəsi qurulub. Binanın dam örtüyünün konstruksiyası tamamilə yenilənib.

Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, səkilər qurulub. Binanın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə transformator yarımstansiyası tikilib. Su təchizatını təmin etmək üçün isə anbar inşa olunub.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR