Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, səfər fotolarını nazir tvitter hesabında paylaşıb.
Bakı səfərini mərhum lider Heydər Əliyevin məzarını ziyarətlə başlayan nazir, daha sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyi ziyarət edib.
İlk olaraq prezident İlham Əliyevlə görüşən Çavuşoğlu, həmçinin baş nazir Artur Rəsizadə və parlamentin spikeri Oktay Əsədovla da görüşlər keçirib.