İlham Əliyev: "ATƏT öz mandatını kobud şəkildə pozub"

İlham Əliyev:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Malta parlamentinin spikeri Anqlu Farucanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Malta parlamentinin spikeri Anqlu Farucanın ölkəyə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Spiker Anqlu Faruca Malta ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu və əlaqələrimizin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Anqlu Faruca Azərbaycana səfərlərini, həmçinin 4 il bundan əvvəlki ATƏT və Avropa Şurasından olan nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev iki ölkə arasında müxtəlif səviyyələrdə çox fəal təmasların olduğunu vurğulayaraq Malta baş nazirinin ölkəyə səfərləri zamanı onunla səmərəli müzakirələrin aparıldığını deyib. İki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan və Maltanın həyata keçirdikləri müxtəlif layihələrin önəmini qeyd edib. İki ölkə arasında çox yaxın və dost münasibətlərin olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın Malta ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyində olduğunu deyib.

Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdikləri bildirib.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR