Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Aktual.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Qazaxıstan Respublikasın Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan edib.
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Xəbər 260 dəfə oxunub.