Bu gün Qazaxıstanın paytaxtı Astanada Qazax xanlığının 550 illiyi münasibəti ilə bayram tədbiri keçirilir.
Aktual.az xəbər verir ki, mərasimdə bir sıra rəsmilər iştirak edir.
Təntənəli mərasimdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, həmçinin onun azərbaycanlı və qırğız həmkarları İlham Əliyev və Almazbek Atamabayev də iştirak edib.
Mərasim paytaxtın Müstəqillik Sarayında keçirilir.
Tədbirdə həmçinin, Qazaxıstan hökumətinin üzvləri, deputatlar, şirkət rəhbərləri və digər şəxslər iştirak edir.