Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".