Prezident İlham Əliyev qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Aktual.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:
1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir;
1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir;
1.1.3. Nazirlik:
1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 15 (on beş) iş günü müddətində qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda isə, həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;
2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərir;
1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir;
1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:
1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;
3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir;
1.3. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət edən şəxs müraciətinə bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasında göstərilən layihəni əlavə edir;
1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:
1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra;
1.4.2. bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra;
1.5. bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir;
1.6. bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur;
1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir;
1.8. şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir;
1.9. qeyri-yaşayış binasının sifarişçisi (sahibi) bu Fərmanın 1.1.3-cü yarımbəndinin 2-ci abzasına əsasən göndərilən rəydə göstərilmiş çatışmazlıqları aradan qaldırdıqda, bu Fərmanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Nazirliyə müraciət edə bilər.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinə əsasən müayinə edilən və barəsində məlumatlar uçota alınmaq üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət reyestrinə daxil edilməsi mexanizminin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təkmilləşdirilməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;
3.2. bu Fərmana uyğun olaraq tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
3.3. mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab suların yığılacağı tikili və qurğulara dair tələblərin müəyyənləşdirilməsini bir ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını nəzarətdə saxlasın və Xidmətin qaldırdığı vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin etsin;
3.5. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən və 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının torpaq, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı həmin qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etsin;
3.6. bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər:
4.1. istismara icazə verildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyri-yaşayış binasının layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini;
4.2. istismarına icazə verilmiş qeyri-yaşayış binalarının siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini;
4.3. Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektron formada təqdim olunmasını.
5. Xidmət:
5.1. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin;
5.2. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;
5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan vəsatətə torpaq sahəsinin sərhədlərini və onların döngə nöqtələrinin koordinatlarını əks etdirən yerquruluşu planını əlavə etsin.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq:
6.1. Nazirliyin müraciəti əsasında 5 (beş) iş günü müddətində qeyri-yaşayış binalarının mühəndis-kommunikasiya sistemlərinin istismara hazırlıq baxımından müayinə olunmasını və nəticəsi barədə Nazirliyə məlumat verilməsini təmin etsinlər;
6.2. sifarişçinin (sahibin) müraciəti əsasında və onun vəsaiti hesabına istismarına icazə verildiyi gündən iki ay müddətində qeyri-yaşayış binalarının su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etsinlər.
7. Bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonalarında və torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşən qeyri-yaşayış binalarının (tikilmiş və tikintisi başa çatmayan) inventarlaşdırılması aşağıdakı qaydada təmin edilsin:
7.1. mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər Xidmətin sorğusu əsasında üç ay müddətində, bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonaları və torpaq sahələri, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqları barədə cari vəziyyətə uyğun məlumatları elektron qaydada Xidmətə təqdim etsinlər;
7.2. Xidmət 2026-cı il iyunun 1-dək bu Fərmanın 7.1-ci bəndində göstərilən məlumatlar əsasında bu Fərmanın 7-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş qeyri-yaşayış binalarını (tikilmiş və tikintisi başa çatmayan) müəyyən edərək, onların inventarlaşdırılmasını, həmçinin invertarlaşdırmanın nəticəsi olaraq qeyri-yaşayış binaları barəsində formalaşan məlumatların Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritələrinə daxil edilməsini təmin etsin.
8. Nazirlik, Komitə, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün bu Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etsinlər.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 890-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 394.0.8-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 890-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97, № 2, maddələr 220, 226, 231, № 3, maddələr 350, 360, 375; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 aprel tarixli 2120 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci bəndə "395.1” rəqəmlərindən əvvəl "394.0.8,” rəqəmləri əlavə edilsin;
3.2. 4.54-1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.54-2-ci bənd əlavə edilsin:
"4.54-2. həmin Məcəllənin 394.0.8-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur;”;
3.3. 5.40-cı bənddə hər iki halda "Tikinti” sözü "Şəhərsalma” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli 2087 nömrəli, 11 aprel tarixli 2098 nömrəli və 25 aprel tarixli 2120 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 31-1-ci hissədə "394-1-ci maddəsində” sözləri "394.0.8-ci və 394-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 31-12-ci hissə əlavə edilsin:
"31-12. Məcəllənin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
31-12.1. Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi adından – bu Siyahının 31-3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
31-12.2. digər hallarda yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.
***
Prezident İlham Əliyev "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanununun tətbiqi və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 885-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 524; 2016, № 2, maddə 251; 2019, № 5, maddə 843; 2023, № 1, maddə 69) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci – dördüncü abzaslar müvafiq olaraq 2.3 – 2.5-ci bəndlər hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 2.1-ci və 2.2-ci bəndlər əlavə edilsin:
"2.1. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 9.1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
3.2. 2.3-cü bənddə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin Qanunun” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 886-VIQD nömrəli Qanununun tətbiqi və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Əsasnamənin 10-cu maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 886-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 263; 2006, № 8, maddə 666; 2007, № 11, maddə 1110; 2014, № 3, maddə 241; 2016, № 2, maddə 251; 2019, № 5, maddə 843; 2022, № 12, maddə 1444) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci – beşinci abzaslar müvafiq olaraq 2.3 – 2.6-cı bəndlər hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 2.1-ci və 2.2-ci bəndlər əlavə edilsin:
"2.1. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Əsasnamənin 10-cu maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
3.2. 2.3-cü bənddə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” sözləri "həmin” sözü ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 887-VIQD nömrəli Qanununun tətbiqi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 8.0.10-1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 887-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891, № 12 (I kitab), maddə 1477; 2022, № 8, maddə 852; 2023, № 1, maddələr 72, 77) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.2.3-cü yarımbəndə "7.2-ci” sözlərindən sonra ", 8.0.10-1-ci” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 4.2.3-1-ci yarımbənd əlavə edilsin:
"4.2.3-1. həmin Qanunun 8.0.10-1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 ( I kitab), maddə 567, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323, № 5, maddə 475, № 6, maddə 594, № 8, maddə 874, № 10, maddə 1142, № 12, maddələr 1411, 1428, 1441; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.11.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;
5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini;”;
1.2. aşağıdakı məzmunda 3.11.5-2-ci yarımbənd və 4.17-1-ci bənd əlavə edilsin:
"3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir.”;
"4.17-1 Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər:
4.17-1.1. Bu Əsasnamənin 3.11.5-2-ci yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilmir.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1415; 2017, № 11, maddə 2018; 2018, № 2, maddə 218; 2020, № 6, maddə 692) ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.2-ci bəndə "reyestrinə” sözündən sonra "elektron qaydada” sözləri əlavə edilsin;
2.2. 4.3-cü bəndə "orqanları” sözündən sonra "ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını, özbaşına tikinti işlərinin qarşısının alınmamasını,” sözləri əlavə edilsin və həmin bənddə "Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir” sözləri "Nazirliyini 1 (bir) iş günü müddətində elektron qaydada məlumatlandırır və bu barədə bütün məlumatları elektron qaydada Komitəyə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir” sözləri ilə əvəz edilsin;
2.3. 5.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"5.1.3. inşa edilən tikinti obyektinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunsuzluğu ilə bağlı aşkar olunmuş pozuntular barədə akt tərtib etmək, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə və Agentliyə, yerinə yetirilmə müddəti göstərilməklə, bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq icrası məcburi olan əsaslandırılmış göstəriş vermək;”.
3. Bu Fərmanın 2.1-ci və 2.2-ci (məlumatların elektron qaydada verilməsinə münasibətdə) bəndləri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Xəbər 266 dəfə oxunub.