Prezident İlham Əliyev 2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. 2015/2016-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:
Abbasov Kamran Qaffar oğlu
Abbasov Nihad Natiq oğlu
Abdullaeva Arzu Etibar qızı
Abdulrəhimov Kamran Hüseyn oğlu
Abduyev Firuz Bayram oğlu
Ağayev İsmət Fabil oğlu
Alıyeva Nərmin Üzeyir qızı
Allahverdiyev Əli Allahverdi oğlu
Babaşova Məhbubə Vahid qızı
Bağırov Kənan Yəhya oğlu
Bağırova Nərmin Valeh qızı
Bayramova Fərəh Məmməd qızı
Bəgəliyev Namazəli Ağalar oğlu
Bəşirov Elçin Asif oğlu
Cabbarov Azad Atabala oğlu
Cabbarov Cabbar Heydər oğlu
Camalova Nərmin Çingiz qızı
Cəfərli Lalə Elşən qızı
Cəfərov Elşən Eldəniz oğlu
Cəfərov Sahil İlqar oğlu
Dadaşova Səidə Əli qızı
Eynallı Əlişah Elman oğlu
Əfəndiyeva Xəyalə Rəvan qızı
Əhmədov İbrahim Əhməd oğlu
Əhmədzadə Flora Mehti qızı
Ələddinzadə Murad Nəriman oğlu
Əliyeva Ayçin Rauf qızı
Əliyeva Nərmin Çingiz qızı
Əlizadə Bətulə Mahir qızı
Əmiraslanova Zeynəb Kərim qızı
Əzizli Vüsalə İldırım qızı
Hacızadə Nəzrin Elşən qızı
Həsənli Arzu Ədalət qızı
Həsənli Elvin Elçin oğlu
Həsənov İmamverdi Rövşən oğlu
Hüseynov Kamran Etibar oğlu
Xasməmmədov Hüseyn Rauf oğlu
İsayev Murad Sadiq oğlu
İsgəndərov Əli Rauf oğlu
İskəndərova Gülgəz Süleyman qızı
İsmayılov Fərid Elxan oğlu
İsmayılov Toğrul Rafiq oğlu
İsmayılova Təranə Xudaverdi qızı
İsmayılzadə Zərinə Şahin qızı
İsmixanov Teymur Vüqar oğlu
Kərimli Ləman Araz qızı
Qasımzadə Ləman Umud qızı
Qasımzadə Ümid Rəfael oğlu
Qədirli Elnur Qurban oğlu
Qədirova Leyla Mayıs qızı
Qocayev İlkin İlqar oğlu
Quliyev Zaur Rasim oğlu
Quluzadə Nərmin Səfər qızı
Mahmudova Asya İdris qızı
Mehdiyeva Gülnur Seyhun qızı
Məcidov Nurlan Namiq oğlu
Məhərrəmova Pəri Qafil qızı
Məmmədli Cavid Elxan oğlu
Məmmədli İsa Elişad oğlu
Məmmədli Rəhim Kamal oğlu
Məmmədli Türkay Sənan oğlu
Məmmədli Zərifə Asif qızı
Məmmədov Nihad Vasif oğlu
Məmmədova Yeganə Adil qızı
Məmmədzadə Ülviyyə Elçin qızı
Mirələmli Zərif Cahid qızı
Mirzəyeva Nigar Bəhlul qızı
Musazadə Fidan Ruslan qızı
Müslümov Azər Məmmədhüseyn oğlu
Nadirli Leyla Mehdi qızı
Namazov Nadir Mehdi oğlu
Namazova Selcan Səbuhi qızı
Nəcəfov Hüseyn Məzahir oğlu
Nəcəfov Kərim Cabbar oğlu
Nəzirov Mahir Müqəddəs oğlu
Novruzova Lalə Zəfər qızı
Orucova Ləman Mikayıl qızı
Ömərova Gülay Fərman qızı
Rəfizadə Mehdi Hicran oğlu
Rəhimova Jalə Anar qızı
Rəşidli Zaur Azər oğlu
Rüstəmova Səidə Rəşad qızı
Rzayeva Cəmilə Azər qızı
Sədiyeva Səidə Azər qızı
Sədrəddinova Səbinə Niymət qızı
Səfərli Səfər Ədalət oğlu
Səfərov Cavid Ramil oğlu
Sracbəyli Zöhrə Kamran qızı
Süleymanlı Murad Mətləb oğlu
Şahverdiyev Zaur Çingiz oğlu
Şirinbəyli Təranə Seymur qızı
Şirinov Tural Vidadi oğlu
Tağıyeva Nuranə Məzahir qızı
Təhməzov Məhərrəm Məhəmməd oğlu
Tomtulu Sədi Zaur oğlu
Vətəni Fərdin Fərhad oğlu
Yaqublu Ceyhun Ziyadxan oğlu
Yusifov Elgün Eldar oğlu
Yüzbaşova Sahilə Sali qızı
Zalova Günel Eldar qızı
Zeynallı Murad Nəriman oğlu
Zəkizadə Nərmin Nizami qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xaçmaz rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Mühəndis”
Rzayev Azər Həbib oğlu
“Əməkdar Müəllim”
Salahova Tünzalə Sabir qızı
“Əməkdar Həkim”
Tağıyev Səyyaf Süleyman oğlu
***
İlham Əliyev M.M.Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1.Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mir Faiq Miri oğlu Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsin:
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Haqverdiyev Azər Məhərrəm oğlu
Mehmanov Yetkin Cavad oğlu
“Tərəqqi” medalı ilə
Aslanov Şahin Şamil oğlu
Bədəlov Polad Mirzəağa oğlu
Əlifxanov Eldar Əlifxan oğlu
Əsgərova Könül Rəcəb qızı
Əzimov Ağamirzə Kazım oğlu
Haqverdiyeva Zinyət Yaqub qızı
Xankişiyev Rafiq Mikayıl oğlu
Xeyirov Rəhman Orucəli oğlu
Məmmədov Böyükağa Əhməd oğlu
Qurbanov Böyükağa Cabir oğlu
Səfərəliyev Qalib Əlimənsur oğlu
Səlimov Eldəniz Adil oğlu
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1250-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 991; 2011, № 4, maddə 277; 2014, № 2, maddə 114, № 6, maddə 644) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 10.11-ci bənddən “, tətbiq olunmuş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” sözləri çıxarılsın.
2. 10.15-ci bənd aşağıdakı redaksiyada verilsin:
“10.15. antiinhisar (rəqabət) qanunvericiliyini pozan şəxslər maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək və bu qərarın məcburi qaydada icrası üçün onu icra məmurlarına göndərmək;”.
3. 10.16-cı bənd ləğv edilsin.
20:06
İlham Əliyev “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1252-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 154, № 10, maddə 640; 2007, № 6, maddə 601; 2013, № 11, maddə 1328; 2014, № 5, maddə 477) beşinci abzasında “və 11-ci maddəsinin 1.4 bəndində” sözləri “, 11-ci maddəsinin 1-ci hissəsinin 1.4-cü bəndində və 2-ci hissəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.
20:34
İlham Əliyev əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikasında vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılsın.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç ay müddətində:
2.1. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanını yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin;
2.2. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədi ilə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatları elektron formada real vaxt rejimində TSERAS-a ötürülməsini təmin etsin;
2.3. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatların əldə edilməsi imkanını yaratmaq məqsədi ilə müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışını təmin etsin.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi iki ay müddətində:
3.1. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini yaratsın və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışını təmin etsin;
3.2. tibbi-sosial ekspertiza müayinəsinə göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə olunması imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin.
4. Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına tapşırılsın ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki ay müddətində:
5.1. bu Fərmanın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını və həmin resurslardan müvafiq dövlət qurumlarının istifadə imkanını təmin etsin;
5.2. tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin;
6.2. tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydalarını, əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlərin sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini nəzərdə tutmaqla, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin;
6.3. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib, onları bir ay müddətində “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etsin;
6.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
21:49
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:
“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
***
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında