Aktual.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə 2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
18:50
Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1205 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Komissiyanın üzvləri:
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri
Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.
***
Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.