Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulunu vəzifəsindən geri çağırıb.
Aktual.az xəbər verir ki, bununla bağlı prezident sərəncam imzalayıb. Sərəncamla Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu olan Elşad İlyas oğlu Qulamov baş konsul vəzifəsindən geri çağırılıb.