İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Aktual.az sərəncamın mətnini təqdim edir:
"Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124, № 7, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.22-3-cü bənd ləğv edilsin;
1.2. 3.22-4-cü bənddən "(ikinci halda)” sözləri çıxarılsın və həmin bəndə "həyata” sözündən əvvəl ", Bakı Şəhər İcra Hakimiyyəti” sözləri əlavə edilsin;
1.3. 3.23-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum:
3.23-1.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;
3.23-1.2. yerli icra hakimiyyəti orqanlarında, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli və 10 dekabr tarixli 546 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.10-1-ci bəndinə "şikayətlərə” sözündən sonra ", habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə” sözləri əlavə edilsin.
3. "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I); 2025, № 7, maddə 632, № 8, maddə 761) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Fərmanla təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 5.2-ci bəndi üzrə:
3.1.1. "yarımbəndləri ilə müəyyən edilmiş tələblər” sözləri "yarımbəndlərində nəzərdə tutulan məlumatların” sözləri ilə əvəz edilsin;
3.1.2. "şikayətlərə şamil edilmir” sözləri "şikayətlərdə göstərilməsi tələb olunmur” sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” üzrə:
3.2.1. 1-ci hissə üzrə:
3.2.1.1. 1.1-ci bəndə "şikayətlərə” sözündən sonra ", habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə” sözləri əlavə edilsin;
3.2.1.2. 1.3-cü bəndə "hərəkətsizliyindən” sözündən sonra ", habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin” sözləri əlavə edilsin;
3.2.1.3. aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:
"1.5-1. Yerli icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə həmin yerli icra hakimiyyəti orqanlarında yaradılmış Apellyasiya Şurasında baxılır.”;
3.2.2. aşağıdakı məzmunda 5.1-1-ci və 7.5-1-ci bəndlər əlavə edilsin:
"5.1-1. Bu Əsasnamənin 5.1.3-cü və 5.1.5-ci yarımbəndlərində nəzərdə tutulan məlumatların dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərdə göstərilməsi tələb olunmur.”;
"7.5-1. Müvafiq xüsusiyyətlər nəzərə alınmaqla, bu Əsasnamənin 7.3–7.5-ci bəndləri Apellyasiya Şurasında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilmiş şikayətlərə baxılmasına da şamil edilir.”.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR