Zaqatalada 36 yaşlı kişini ilan sancıb.
Aktual.az bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, mayın 20-i axşam saat 17:30 radələrində rayonun Bəhmətli kənd sakini, 1980-cı il təvəllüdlü Yalçın Nəcməddin oğlu İsayev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.
Araşdırma zamanı məlum olub ki, 36 yaşlı Y. İsayev rayonun dağlıq ərazisində ilan oynadarkən sürünən qəfildən onun hər iki əlinin ikinci barmağından sancıb.
Yalçın İsayevə lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.