Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.
Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aktual.az
Xəbər 498 dəfə oxunub.