İkinci peyk 191 milyona başa gələcək

İkinci peyk 191 milyona başa gələcək

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentiliyinin saytında yer alan xəbərə görə, bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1a" 2013-cü il fevralın 1-də orbitə çıxarılıb.

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR