Bakıda iki yaşlı körpənin üstünə qaynar su tökülüb.
"Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb.
Orada yaşayan 2015-ci il təvəllüdlü Murad Səfərovun sifətinə qaynar su tökülüb.
Hadisə ehtiyatsızlıqdan baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Aktual.az
Xəbər 361 dəfə oxunub.