İki vəkilə qoyulmuş 1 illik məhdudiyyət başa çatdı

İki vəkilə qoyulmuş 1 illik məhdudiyyət başa çatdı

Hüquqşünas Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyət başa çatıb.

Modern.az-ın məlumatına görə, bu gündən hər iki vəkilin fəaliyyəti bərpa olunub.
 
Ə.Mustafayev bildirib ki, ötən 1 il ərzində 200-dən artıq şəxsə pulsuz hüquqi yardım göstərib:

"Onlarla yeni iş Avropa Məhkəməsinə göndərilib, onlarla iş üzrə kommunikasiya aparılıb. Bu gün gördüyüm ilk iş həbsdə olan müvəkkillərimlə görüşlərin bərpası üçün tədbirlərin görülməsi olub. Ötən dövrdə həbsdə olanların sayı kəskin azalsa da, bəziləri hələ də məhkumluq həyatı yaşayırlar”.
 
Onun sözlərinə görə, vəkil qismində yeni işlərə başlamağı bir müddətdən sonra mümkün olacaq:
"Bu hal vəkillik fəaliyyətində sənədləşirmənin yenilənməsi, ən əsası isə böyük həcmdə yarımçıq işlərin yekunlaşdırması zərurətilə bağlıdır. Bu gün vəkillik fəaliyyəti bərpa olunan dostumuz Nemət Kərimlini bu münasibətlə təbrik edirəm”.
Qeyd edək ki, 2018-ci il aprelin 23-də Vəkillər Kollegiyası vəkillər Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib. 
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR