İki uşaq anası intihar edib

İki uşaq anası intihar edib

Quba rayonunda 38 yaşlı qadın intihar edib.

"Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxarıb.
S.Nemətovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR