İki qohum deputat üz-üzə gəlmək istəmədi – ÖZƏL

İki qohum deputat üz-üzə gəlmək istəmədi  – ÖZƏL

Artıq bir neçə gündür ki, deputat olmaq istəyən namizədlərin qeydiyyatına başlanılıb.

Ötən yazımızda xəbər vermişdik ki, 67 saylı Cəlilabad seçki dairəsindən III çağırış Milli Məclisin deputatı olmuş Aydın Həsənov öz namizədliyini irəli sürəcək.

Əldə etdiyimiz ən son məlumata görə, sabiq millət vəkili öz namizədliyini bu dairədən verməyi qətiləşdirsə də, sonradan fikrini dəyişib.

Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “Azinko Holdinq”in sahibi Malik Həsənovla üz-üzə gəlmək istəməyən sabiq deputat qonşu dairələrdən birindən namizəd olmaq fikrindədir.

Buna səbəb olaraq Aydın Həsənovun Kərəm Həsənovla qohum olması, iki qohum deputatın üz-üzə gəlmək istəməməsi göstərilir.

Hətta deyilənə görə, hər iki şəxsə yaxın olan ağsaqallar onları görüşdürərək, səsləri bölməməyə çağırıblar.

Adnan/Aktual.az

Xəbər 4298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR