İki qadın güləşçimiz dünya çempionu oldu

İki qadın güləşçimiz dünya çempionu oldu
  • İDMAN

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə dünya çempionatının üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. 

Aktual.az xəbər verir ki, Azərbaycan pəhləvanları günü 2 qızıl və 1 bürünc medalla başa vurub.  

44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyalı güləşçiləri məğlub edərək Dünya çempionatının qızıl medalına sahib olub. 

51 kq-dakı təmsilçimiz Leyla Qurbanova da eyni nəticəni göstərib. O, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib. 

 67 kq-da Elis Manolova yarımfinala kimi inamla irəliləsə də yaponiyalı idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn Manolova çempionatının bürünc medalını qazanıb. 

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub. (qafqazinfo)

 
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR