Uzun aylardır efirdən uzaq düşən Ruhi açıqlama verdi.
Gecce.az xəbər verir ki, o, bundan sonrakı zamanını əkiz övladına ayıracağını "10lar" verlişinə danışıb:
“Əkizlər problemli olur, deyirlər. Çox şükür ki, bizdə problem olmadı. Əkiz olduqlarına görə, birində vitamin çatışmamazlığı var. Buna görə çox narahat idim, əsəb keçirirdim. Həkimlər narahat olmamağı söyləyirdilir. Həsən Məhəmməddən daha aktiv idi. Məhəmməd artıq onu üstələyib, o qədər sual verir. 4 yaşları var. Amma elə bilirsən ki, 6-7 yaşındadırlar".
Ruhi ekrandan uzaq düşməsininin səbəbini açıqladı:
“Efirlərdə çoxdandır yoxam. Çünki uşaqlar böyüyürlər. Onların qayğısına qalmaq daha məsuliyyətlidir. Artıq baxçaya gedirlər. Tezdən dururam, geyindirirəm, yedizdirəm. Dayələri var. Mən 25-28 yaşında ana olmamışam. Mən özümü dərk eləyəndə ana olmuşam və istəyirəm ki, vaxtımın çoxunu Həsənlə Məhəmmədə ayırım. Böyüyəndə deməsinlər ki, anamız bizə az vaxt ayırdı.Tam fərqli uşaqlardır.Biri birinin əksini edir. Həsəndən artıq "şikayətnamə" də gəlir. Səhnəyə qayitmayacam. Mənim üçün həyatda ən önəmli övladlarımdır. Onlara görə, səhnəyə qayıtmağa dəyməz. Mən öz qızımın olmağını heç vaxt istəməmişəm və istəmərəm də. Çünki qız övladı daha məsuliyyətlidir və o məsuliyyəti öz üzərimə götürmək istəmirəm".
// Aktual.az