“İki namərdin tandemi fiaskoya uğrayıb...” – DEPUTAT

“İki namərdin tandemi fiaskoya uğrayıb...” – DEPUTAT


 

"Əli Kərimli on illər boyunca zənn edirdi ki, toxunulmazdır və nə cinayətlər törətsə də onun qapısını "döyən” olmayacaq. Fəqət, bir gün yetişdi və...reallıq, gedişat, baş verən proseslər - tam ayrı bir mənzərəni ortalığa qoydu. Eyni zamanda "dövlət baba” bu yaramaza, bu təxribatçıya, bu siyasi qolçomağa yerini göstərərək bildirdi ki, kimsə qanun pozub, cəzasız qala bilməz! Kimsə cinayət törədib, ortalıqda rahat - rahat gəzə bilməz! Kimsə dövləti sütunundan, onurğasından vura bilməz! Bilməz ki, bilməz!
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 

"Baxın və görün, Əli Kərimli bu gün kimlərin ümidinə qalıb? - Bomj Cəmilin. Qaçaq Gültəkinin! Urvatsız Həzinin! Hansı ki, beşi birinə dəyməz, biri sıfıra.
Üstəlik, "Ramiz dayısı” da öz hayındadır və bu dəfə köməyinə çata bilmir, "Milli Şura”nın mitinqlərinə çıxardığı adamları, onun müdafiəsi üçün çıxara bilmir, əvvəllər verdiyi dəstəyi indi verə bilmir, bir vaxtlar göstərdiyi diqqəti artıq göstərə bilmir.

Əlqərəz, iki namərdin tandemi fiaskoya uğrayıb və bütün gizlinlər açığa çıxıb.
Və paralel fonda bir məqamı kimsə unutmasın: Bu, hələ ilkin mərhələdir və qarşıda məhkəmə prosesləri var.
Ona görə də düşünürəm ki, növbəti etaplarda bir çox məsələlərə daha detallı, təfsilatlı şəkildə aydınlıq gətiriləcək və bununla da - başında Kərimlinin və Mehdiyevin dayandığı anti - Azərbaycan şəbəkəsinin bütün üzvlərinin maskası yırtılacaq." – deyə Partiya sədri fikirlərinə davam edib. 
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR