Donbas vilayətində aparılan anti-terror əməliyyatları zamanı təxminən 2,1 min Ukrayna hərbçisi həlak olub.
Aktual.az azvison.az-a istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko Ukraynanın müstəqilliyinin 24 illiyi ilə əlaqədar keçirilən mərasimdə bildirib.
"Qonşu dövlətin təcavüzü nəticəsində bizim 2Ş1 min hərbçimizin həyatını itirməsi ilə nəticələnib", - deyə Poroşenko bildirib. Prezident növbəti dəfə Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edib.
Ukrayna prezidenti ailəsi ilə birlikdə Müstəqillik günü ilə əlaqədar dua da edib.