İki min il yaşı olan xəzinə tapıldı - Çində

İki min il yaşı olan xəzinə tapıldı   - Çində
  • DÜNYA

Çində qədim ailə məzarlığında aparılan arxeoloji qazıntılar zamanı iki min il yaşı olan xəzinə tapılıb.

Aktual.az Azərtac-a istinadla xəbər verir ki, məzarlıq Batı Xanlığı sülaləsinə (miladdan öncə 206, miladdan sonra 24-cü illər) mənsub olub. Orada at dırnağı şəklində 25 qızıl külçə və 50 qızıl sikkə aşkarlanıb.

Bu tapıntı indiyədək həmin xanlığın məzarlığından aşkarlanan ən qiymətli əşyalar sayılır. Qızıl sikkələrin hər birinin çəkisi 250 qram, külçələrin ağırlığı isə 40-250 qram arasındadır. Bu xəzinə Hayhunhov bəyliyinin sərdabəsindəki otaqlarda bir yatağın altındakı üç qutuda saxlanılırmış. 

Aktual.az

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR