Bakının Binəqədi rayonunda iki meyit tapılıb.
Rayonun Ə.Naxçıvani küçəsi, ev 24 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Azad Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Oxşar hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində də qeydə alınıb. Həmin qəsəbədə Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Ədalət Heybətovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.
Hər iki faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.//Report