Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış 17 yaşlı gəncin cəsədi tapılıb.
FHN-dən
Aktual.az-a verilən məlumata görə, iyulun 14-də Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Məhəmməd Dadaş oğlu Nəsirovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbər 167 dəfə oxunub.