İki bankın qiymətli kağızlarının ticarəti dayandırıldı

İki bankın qiymətli kağızlarının ticarəti dayandırıldı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) lisenziyasını ləğv etdiyi 4 kommersiya bankından 2-nin qiymətli kağızlarının Bakı Fond Birjasında (BFB) ticarəti dayandırılıb.

Aktual.az  bildirir ki, BFB-dən report-a verilən məlumata görə, söhbət "Dekabank" ASC və "Parabank" ASC-nin alternativ bazar seqmentində təklif olunan səhm və istiqrazlarından gedir.

BFB-nin listinq qaydalarına uyğun olaraq, qurumun Listinq Komitəsinin qərarı ilə sözü gedən emitentlərin listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb:

Dövlətqeydiyyatnömrəsi Qiymətli kağızınnövü və forması Emitentinadı Bazarseqmenti
1 AZ1005005397 adi, adlı səhm "Dekabank" ASC Alternativ
2 AZ1001003800 adi, adlı səhm "Parabank" ASC Alternativ
3 AZ2003003806 faizli, təmin edilməmiş, adlı istiqraz "Parabank" ASC Alternativ
4 AZ2004003805 faizli, təmin edilməmiş, adlı istiqraz "Parabank" ASC Alternativ
5 AZ2005003804 faizli, təmin edilməmiş, adlı istiqraz "Parabank" ASC Alternativ

Delistinq qərarı bu qərarın açıqlanmasından iki ay sonra qüvvəyə miəcək. BFB həmçinin bəyan edib ki, lisenziyaları dayandırılmış "Kredobank" ASC və "Zaminbank" ASC-nin qiymətli kağızları BFB-də listinqdə mövcud deyil.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR