İki banka məxsus 11 avtomobil hərrac yolu ilə satıldı

İki banka məxsus 11 avtomobil hərrac yolu ilə satıldı

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fonddan verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansında olan 1 ədəd "Mercedes-815” yük avtomobili, 1 ədəd "Fiat Doblo Cargo”, 3 ədəd "Mitsubishi Lancer”, 4 ədəd "Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser "Matica Z9” satılıb.
Həmçinin ləgv prosesində olan "Atrabank” ASC-nin balansında olan 1 ədəd "Mitsubishi Pajero”, 1 ədəd "Ford Focus” minik avtomobilləri, 1 ədəd HCM (bank avadanlığı) və 1(bir) ədəd embosser "Matica Z3” satılıb.
 
Aktual.az


Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR