Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub.
1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib. //Lent.az