İki azyaşlı övladı ilə birlikdə Azərbaycanı qanunsuz şəkildə tərk edən Pərvanə Yusifova ilə bağlı məsələ Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə P.Yusifovanın həyat yoldaşı İlqar Yusifov məlumat verib. Bildirib ki, onun ailəsinin ölkədən qanunsuz şəkildə çıxarılması ilə bağlı yazı AzNews.az-da dərc olunduqdan və bir neçə mətbuat orqanında tirajlandıqdan sonra DİN bu məsələyə reaksiya verib. İ.Yusifov nazirliyə çağırılıb və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski ilə görüşüb.
Görüşdə generalın suallarını cavablandırıb. General məsələ ilə bağlı geniş araşdırılma başladılması ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Bakı sakini İlqar Yusifov AzNews.az-a müraciət edərək ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Dazili İşlər nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.
Dövlət Sərhəd Xidməti də məsələ ilə açıqlama verərək araşdırma başladıldığını qeyd edib.
Milli Təhlükəsizlik Nazirliyi isə deyilənləri cəfəngiyyat adlandırıb.
Məsələ ilə bağlı ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.