Bərdə rayonunda intihar hadisəsi baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, rayonun Saatlı kəndində 19 yaşlı Cabbarova Aytac Əfqan qızı özünə odlu silahdan atəş açaraq intihar edib.
A.Cabbarova iki ay öncə ailə qurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.