Çikaqoda Milad istirahət günlərində 12 nəfər güllələnib

Çikaqoda Milad istirahət günlərində 12 nəfər güllələnib
  • DÜNYA

ABŞ-ın Çikaqo şəhərində Milad istirahət günlərində odlu silahın tətbiqi ilə bağlı 27 hadisə baş verib. Hansı ki, bunların nəticəsində 12 nəfər ölüb.

Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə "CNN”-ə yerli polis nümayəndəsi xəbər verib.

Odlu silahın tətbiqi əsasən şəhərin cənubda və şəhərin qərbindəki yaşayış məntəqələrində olub. Polislər münaqişələrin səbəblərini quldur çəkişmələri ilə əlaqələndirirlər.

Agentliyin məlumatına görə, yanvarın 1-dən dekabrın 25-dək Çikaqoda ümumilikdə 3,5 min silahlı insident baş verib. Bunun nəticəsində 753 nəfər ölüb. Bu, 2015-ci illə müqayisədə yarım dəfə çoxdur.

Baş verənlərin planlaşdırılmış kriminal çəkişmələr olduğu bildirilir. Polis bu səbəbdən şəhər rəhbərliyini silah daşıma ilə bağlı qanunvericiliyi sərtləşdirməyə çağırır.

Qeyd edək ki, Çikaqo əhalisinin sayına görə ABŞ-ın 3-cü böyük şəhəridir.
 

Aktual.az

Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR