II Avropa Oyunlarının fəaliyyət planı təsdiqlənib

II Avropa Oyunlarının fəaliyyət planı təsdiqlənib

Belarusun Nazirlər Şurası 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləyib.

Trend xəbər verir ki, baş nazir Andrey Kobyakovun sədrliyi ilə keçirilən iclasda həmçinin II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilələr, oyunların proqramı, eləcə də idman obyektlərinin tikintisi kimi məsələlər nəzərdən keçirilib.

Belarus 2016-cı ilin oktyabrında Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 45-ci sessiyasında 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi etmək hüququ əldə edib.
 
Aktual.az
Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR