II Avropa Oyunlarına bu ölkə ev sahibliyi edəcək Açıqlama

II Avropa Oyunlarına bu ölkə ev sahibliyi edəcək  Açıqlama

II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.  

Aktual.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin Türkiyədə keçirilən iclasında verilib.

Belə ki, yığıncaqda öncə Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.

Ardınca 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. Əvvəlcədən gözlənildiyi kimi, səsvermənin favoriti olan Hollandiya bu hüquqa yiyələnib.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.

Aktual.az

Xəbər 575 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR