İƏT-in təcili iclası: Bakını o təmsil edir – XİN

İƏT-in təcili iclası: Bakını o təmsil edir – XİN

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin bu gün - avqustun 7-i Ciddədə keçiriləcək təcili iclasına Azərbaycandan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qatılacaq.
Bu barədə Aktual.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
A.Hacızadə bildirib ki, Yalçın Rəfiyev artıq Ərəbistana yola düşüb.
Qeyd edək ki, İƏT-in təcili iclası ötən gün çağırılıb. Bu gün keçiriləcək toplantıda əsas mövzu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlikdir.
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR