İƏT baş katibindən Xocalı soyqırımı ilə bağlı vacib açıqlama

İƏT baş katibindən Xocalı soyqırımı ilə bağlı vacib açıqlama

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib.

Aktual.az bildirir ki, Report təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, İƏT baş katibi Xocalıda baş verənlərin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində meydana gəldiyini bildirib. O, 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasında Xocalı hadisələrini pisləyən qətnamə qəbul etdiklərini də xatırladıb.
Məlumatda qeyd edilir ki, İƏT-in Baş Katibliyi Azərbaycanın işğalı dayandırmaq və ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi bütün təşəbbüs və səylərə dəstək verir və gələcəkdə də verəcək.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR