İdrak Liseyində şagird müəllimi güllələdi

İdrak Liseyində şagird müəllimi güllələdi

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Aktual.az xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin 29 yaşlı qadın riyaziyyat müəllimi olub.
Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.
Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib:
"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".
***
"İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.

Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.
Bildirilib ki, güllə Şəhla Kamilova adlı müəllimənin boyun nayihəsinə dəyib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR