Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/4 finalda Kamerun təmsilçisi Tambi Nforsonqla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az Xəbər 483 dəfə oxunub.